Qobustanda iki nəfəri elektrik cərəyanı vurub

Qobustanda iki nəfəri elektrik cərəyanı vurub

Qobustan rayonunda iki nəfəri elektrik cərəyanı vurub. 
 
Hadisə Qobustan şəhərində baş verib.
 
Rayon sakini, 2006-cı il təvəllüdlü Əfrəliyev Şiralı Əhməd oğlu və 1995-ci il təvəllüdlü Bədəlov Telman Xalid oğlu elektrik cihazı və naqillərlə ehtiyatsız davranıblar və nəticədə onları cərəyan vurub. Hər iki şəxs yanıq xəsarətləri ilə təcili yardım avtomobili ilə Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı araşdırma aparılır. (apa) /

Google+ WhatsApp ok.ru