Qobustanda ağır qəza, 3 nəfər ölüb 11 İyul 2016 01:00 Hadisə Bakı-Şamaxı yolunda 3 nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün saat 11:30 radələrində Qobustan rayonu ərazisində qeydə alınıb. “KamAZ” markalı yük avtomobili ilə “BMW” markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər aldığı xəsarətlərdən hadisə yerində ölüb. Bir nəfər isə xəsarət alaraq Qobustan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda ölən və xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. (APA) Teqlər : #Qobustanda ağır qəza,#3 nəfər ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycana güclü dolu yağdı -VİDEO Qax rayonuna ildırım düşməsi yanğına səbəb olub