Qobustan həbsxanasında aclıq aksiyası keçirilir 04 Avqust 2014 01:00 Ölkə Qobustan qapalı həbsxanasında kütləvi aclıq aksiyası başlayıb. Bu barədə Qaynar.info-ya məhbusların yaxınları məlumat veriblər. Onlar bildiriblər ki, ötən gün səhər saat 6:00-dan etibarən məhbuslar Qobustan qapalı həbsxanasında kütləvi aclıq aksiyasına başlayıblar. Buna səbəb isə həbsxanaya yeni təyin olunmuş rəis Fikrət Qafarovun məhbuslarla kobud davranışı və qanunsuz əməlləridir. Məhbuslar aclıq aksiyası ilə bağlı ədliyyə generalı Mədət Quliyevə müraciət ünvanlayıblar. Amma bütün bunlara baxmayaraq, həbsxana rəisi qanunsuz əməllərini davam etdirir. Teqlər : #Qobustan həbsxanasında aclıq aksiyası keçirilir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabah Bakıda və Azərbaycanın rayonlarda hava 33-38 dərəcə isti olacaq Ziyalılar AİP lideri Hacı Mövsüm Səmədovla bağlı prezidentə müraciət etdi