Sabah Bakıda və Azərbaycanın rayonlarda hava 33-38 dərəcə isti olacaq

Bakı və Abşeron yarımadasında avqustun 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında bildirib ki, şərq küləyi axşam mülayim şimal-qərb küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 23-26, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında avqustun 5-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Google+ WhatsApp ok.ru