Qobustan həbsxanasında nə baş verir?

Ömürlük Məhbusları Müdafiə Komitəsinin sədri Müslümət Rzaxanova hazırda Qobustan həbsxanasında cəza çəkən ömürlük məhbuslarla bağlı məlumat yayıb. Məlumatda,  həbsxana rəhbərliyi tərəfindən məhbuslara işgəncə verildiyi, onların özünə qəsdə məcbur edildiyi bildirilir. Komitə rəhbərinin Qobustan həbsxanasında baş verənlərlə bağlı  “Azadlıq”a göndərdiyi məlumatı təqdim edirik:
 
“Qobustan həbsxanasının rəisi ölüm hökmünün ləğvi ilə razı olmadığını bildirərək, məhbuslara psixoloji təzyiqlər, fiziki təzyiqlər gösətrir. Bunun nəticəsidir ki, ömürlük məhbus Abbasov  Əlaqif Arif oğlu zorakılıqla kamerasından çıxarılaraq işgəncəyə məruq qalmış və buna dözməyərək boğazını kəsərək intihar etmişdir! Eyni təzyiqlərə məruz qalan məhbuslar isə kifayət qədərdir!
 
Hazırda həbsxana rəisi tərəfindən məhbuslara qarşı qəddarlıq edilir. Hətta öz vəsaitləri hesabına təmir edib nisbətən normal hala saldıqları kamerlara belə, işgəncələrlə məhbusların əlindən alınaraq imkanlı məhbuslara verilməsi, həbsxana rəisi Fikrət Qafarovun məhbsları ölümlə hədələməsi, məhbusların özlərinə qəsd etməsinə səbəb olur. İndi sıra hansı məhbusu gözləyir, onu da Fikrət Qafarov təyin edəcək. Məhbuslardan aldığım məlumata görə, həbsxana rəisi çəkinmədən, şikayət edən məhbusları təhqir edərək, “siz ölməli olduğunuz halda, hələ saxlanma şəraitindən şikayət edirsiz”,- deyə onları cəzalandırır.
 
Həbsxanda baş verənlərlə bağlı ölkə başçısının saytına 03.09.2015-ci il tarixdə etdiyim müraciətdən sonra isə ömürlük cəza çəkən oğlum Rzaxanov Şakir Hacımurad oğluna daha sərt təzyiqlərə başlandı. Onu öz vəsaitim hesabına təmir etdiyim kameradan zorakılıqla çıxarıb, onun bütün rəsmi sənədlərini, dəftərxana ləvazimatlarını, ərzaqlarını alınaraq, tamamilə zidd xarakterli məhbuslarla 4 nəfərlik kameraya köçürdülər. Mən Dövlət Başçısına müraciətdə yazdığım müraciətlə, göstərdiyim faktlarla faktlarla həbsxanada baş verənlərin qarşısının alınacağına ümid etdiyim halda, sən demə, oğlumun həyatına təhlükə yaratmışam”.
 
Xatırladaq ki, dəfələrlə cəhd etsək də, Müslümət Rzaxanovanın Qobustan həbsxanasında baş verənlərlə bağlı dediklərinə Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən münasibət öyrənə bilmədik.azadliq /

Google+ WhatsApp ok.ru