Qobustanın icra başçısına hücum oldu-VİDEO

Etiraza qalxan əhalinin qarşısına çıxan Adil Məmmədov vəd etdiyi su problemini hələ də həll etməyib, camaat aksiyaya hazırlaşır 
 
Qobustanda əhali üzün illərdir içməli su problemindən əziyyət çəkir. Bununla əlaqdəra rayon camaatı dəfələrlə icra başçısı Adil Məmmədovun qəbulunda olub. Lakin hır dəfəsində onlara vəd verilib və yola salınıb. 
 
Sonuncu dəfə isə icra başçısı etiraz edən Qobustan camaatının qarşısına çıxmalı olub. Lakin bu dəfə onu sürpriz gözləyirmiş. Videodan belə aydın olur ki, su probleminin həllini istəyən və bunun üçün etiraza qalxmış camaat rayonun icra başçısına hücum ediblər. Araya ağsaqqallar və İcra Hakimiyyətinin işçiləri girməsi səbəbindən icra başçısına xətər toxunmayıb. 
 
Daxil olan son məlumata görə, hazırda əhali yeni aksiyaya hazırlaşır. Onlara vəd vermiş Adil Məmmədovun oturduğu iqamətgahın qarşısına toplaşmağı qərarlaşdırmış Qobustan əhalisi bu dəfə güzəştə getmək fikrində deyil. Onlar problemin həll olunmasına qədər aksiyaları davam etdirəcəklərini deyirlər. 
 
Videoya aşağıdakı linkdən baxa bilərsiniz... 

Google+ WhatsApp ok.ru