Qorbaçovun ölüm xəbəri yalan çıxdı -YENİLƏNİB

SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun ölüm xəbəri təkzib edildi. Qorbaçovun adını daşıyan fond sosial şəbəkələrdə yayılan məlumatın həqiqətə uyğun olmadığını bildirib.
 
Bir neçə saat əvvəl BBC xəbər xidməti də Qorbaçovun ölüm xəbərini yaysa da, sonradan məlumat təsdiqini tapmadı.
 
Qeyd edək ki, bundan əvvəl də bir neçə dəfə SSRİ-nin keçmiş rəhbərinin ölüm xəbəri yayılıb.
***
 
Keçmiş SSRİ-nin son rəhbəri Mixail Qorbaçov vəfat edib.
Maide.az xəbər verir ki, M.Qorbaçov 85 yaşında Almaniyanın Rottan-Eheren şəhərində dünyasını dəyişib.
 
M.Qorbaçov daha çox SSRİ-nin son dönəmində "Perestroyka" ("Yenidənqurma") siyasəti və qanlı "20 Yanvar" olayları ilə yaddaşlarda qalıb.bbc/
 

Google+ WhatsApp ok.ru