Qoxusuna heyran olduğumuz kibritlər necə istehsal olunur?- VİDEO

Qoxusuna heyran olduğumuz kibritlər necə istehsal olunur?- VİDEO

Təxminən 2 milyon taxta çubuq 1 saat ərzində içi qırmızı alışqan vasitəsilə dolu metal bir lövhənin içində saxlanılır. Zavod, dəqiqədə 500 qutu kibrit və saniyədə 200 kibrit istehsal edir. 
 
Maide.Az xəbər verir ki, Kibrit yanan zaman odun temperaturu 750-850 °C, bu zaman 300 °C - yanan çubuğun temperaturu, 800 - 1000 °C isə odun temperaturudur.
 
Qırmızı fosfordan kibrit istehsalında istifadə olunur. Belə ki, onun narın əzilmiş şüşə və yapışqanla qarışığını kibrit qutusunun yanına çəkirlər. Tərkibi kalium-xlorat (Bertolle duzu) KClO3 və kükürddən ibarət olan kibrit başlığı qutunun yanına sürtüldükdə alovlanma baş verir.
 
Dünyada ilk kibriti 1826-ci ildə ingilis kimyaçı və əczaçı Con Uoker düzəldib. O, 1826-ci ildə çubuq ilə kimyəvi qatıçığı qarışdırırıb. Çubuğun üzərində qatışıqdan bir damcı qurumuşdu. Uoker onu təmizləmək üçün yerə sürtəndə çubuq alovlanıb. Beləliklə kibritin tarixçəsi başlayıb. Lakin, Con Uoker ixtirasını patenetləşdirməyib. Samuel Cons adlı bir şəxs Con Uokerin ixtirasını görüb onları "Lüsifercik" adı ilə satmağa başlayıb. 1885-ci ildə İsveç kimyaçı Yohan Lundstrom ilk dəfə ağ fosforu qırmızı fosforla əvəzləyərək kibriti təhlükəsizləşdirib. 1889-cü ildə Coçua Pyusi kibrit qutusunu ixtira edib.
 

Google+ WhatsApp ok.ru