Qırğızıstanda iğtişaşlar zamanı 218 nəfər xəsarət alıb

Qırğızıstanda iğtişaşlar zamanı 218 nəfər xəsarət alıb

Qırğızıstanın paytaxtı Bişkek şəhərində baş verən iğtişaşlar zamanı 218 nəfər xəsarət alıb.
 
Maide.Az-in "Trend"ə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
 
Nazirliyin məlumatında deyilir: "Müxtəlif bədən xəsarətləri alan 218 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 7-sinin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdiriliblər. Bir nəfər ölüb".
 
Bildirilir ki, ümumilikdə iğtişaşlar zamanı tibbi yardım üçün 768 nəfər müraciət edib, onlardan 550 nəfəri ambulator müalicəyə göndərilib.
 

Google+ WhatsApp ok.ru