Qırğızıstanda matəm elan olunacaq, Azərbaycandakı səfirlikdə xatirə kitabı açılacaq

Qırğızıstanda matəm elan olunacaq, Azərbaycandakı səfirlikdə xatirə kitabı açılacaq

Yanvarın 17-də Qırğızıstanda matəm günü elan olunacaq.
 
Bu barədə APA-ya Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranov bildirib. O, səfirlikdə dövlət bayrağının endirildiyini və 17-18 yanvar tarixində səhər və axşam saatlarında səfirlikdə xatirə kitabının açılacağını söyləyib.  
 
Qeyd edək ki, Türk Hava Yollarına məxsus yük təyyarəsinin Qırğızıstanda qəzaya uğraması nəticəsində 37 nəfər ölüb, 7-si uşaq olmaqla, 11 nəfər yaralanıb. /
 

Google+ WhatsApp ok.ru