Qırğızıstan Nəqliyyat və Yol Nazirliyinin dörd əməkdaşı qar uçqununda ölüb

Qırğızıstan Nəqliyyat və Yol Nazirliyinin dörd əməkdaşı qar uçqununda ölüb

Qırğızıstanda qar uçqununun 3 avtomobilin üstünə düşməsi nəticəsində 4 nəfər ölüb.
 
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hadisə Bişkek-Oş avtomagistralında baş verib.
 
Ölənlər eyni avtomobildə olub. Onlar Nəqliyyat və Yol Nazirliyinin əməkdaşlarıdır.
 
Digər avtomobillərdə olan şəxslər xilas edilib. /

Google+ WhatsApp ok.ru