Quba-Xaçmaz yolunda ağır qəza baş verib, 2 nəfər ölüb

Quba-Xaçmaz magistral avtomobil yolunun 15–ci km-də, Xaçmaz rayonu ərazisində “Mercedes” markalı minik avtomobili qəzaya uğrayıb.
Maide.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.
FHN-in Şimal Reqional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1987-ci il təvəllüdlü Yusifov Yusif Rəsul oğlunun və Babayev Rövşən İbrahim oğlunun cəsədlərini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 02:58-də başa çatıb.

Google+ WhatsApp ok.ru