Qubada ev quşları kütləvi tələf olur- VIDEO

Qubada ev quşları  kütləvi tələf olur. Toyuqlar arasında yayılan xəstəlik kənd sakinlərini də narahat edir. Laboratoriyada müəyyən edilib ki, ev quşları "mədə-bağırsaq iltihabı" xəstəliyindən tələf olur.
 
Toyuqlar arasında qeyri-adi xəstəlik yayılıb. Pipiyi qaralır, başı şişir və nəticədə toyuq ölür.
 
Qubanın Amsarqışlaq kənd sakini Razim Piriyev deyir ki, xəstəliyin təsir dairəsi son bir həftə ərzində daha da genişlənib və kənddəki əksər sakinlərin ev quşları arasında yayılıb. Bu səbəbdən kənddəki toyuqlar kütləvi şəkildə qırılır.
 
Baytar həkim Cümşüd Nemətov bildirib ki, bu xəstəlik son 2 həftədə daha sürətli yayılır. Laboratoriyada müəyyən edilib ki, ev quşları "mədə-bağırsaq iltihabı" xəstəliyinə yoluxub.
 
Toyuq tələfatı Qubanın Barlı, Alekseyevka, İqrıq, Qam-qam, Rustov, Ərməki kəndlərində və Zərdabi qəsəbəsində də yayılıb.
 

Google+ WhatsApp ok.ru