Azərbaycanda iki pir yandırıldı-FOTO

Xaçmazda ziyarətgahlara qarşı vandalizm aktı törədilib. ANS PRESS-in məlumatına görə, hadisə Rusiya ilə sərhəddə yerləşən Yalama qəsəbəsində qeydə alınıb. Adıçəkilən ərazidə 2 ziyarətgaha naməlum şəxslər od vurub.
 
Xanoba pirindən sonra Yalama qəsəbəsindəki Molla Əhməd pirində də yanğın qeydə alınıb.
 
Molla Əhməd ziyarətgahı yanğın nəticəsində bərbad hala düşüb. Bundan əvvəl yandırılan Xanoba kəndindəki Qışlaqbaba piri də eyni vəziyyətdədir. Pirlərə od vurulması yerli sakinlərin narahatlığına səbəb olub.
 
Hələlik yanğının kim tərəfindən törədilməsi bilinmir.
 
Hadisələrlə bağlı müvafiq dövlət və hüquq-mühafizə orqanları da məlumatlandırılıb. 
 
 

Google+ WhatsApp ok.ru