Qubad İbadoğludan sensaion korrupsiya açıqlaması

İqtisadçı-alim Qubad İbadoğlu korrupsiya faktları ilə bağlı sensasion açıqlamalar edib. O, bu bardə sosial şəbəkədəki səhifəsində yazıb və cədvəl yerləşdirib. Q.İbadoğlu yazıb:
"Bu gün beynəlxalq anti-korrupsiya günüdür. Odur ki, mən də öz növbəmdə Azərbaycanda korrupsiyanın azadılması işinə töhfəmi vemək üçün 2013-cü ilin məlumatlarını da daxil edib, güzgü statistikası metodologiyası əsasında yeniləşdirdiyim heablamalarımın nəticələrini təqdim edirəm.
Hesablamalar Azərbaycanın əsas ticarət təfərdaşları olan 15 ölkədən Azərbaycana idxal məlumatları əsasında aparılıb.
2008-20013-cü illəri əhatə edən bu hesablamalara görə son 6 ildə qarşı tərəfin verdiyi məlumatlarla bizim rəsmi statistik məlumatlar arasında fərq 21,58 milyard dollar, il ərzində isə orta hesabla 3,6 milyard dollar təşkil edir.
Son 6 ilin trend təhlili göstərir ki, fərqin dinamikası pozitivdir və ən yüksək göstərici 2013-cü ildə qeydə alınıb - 4,9 milyard dollar.
Daha geniş məlumatı aşağıdakı cədvəl məlumatlarından ala bilərsiniz.  musavat.com /
 

Google+ WhatsApp ok.ru