`Yeni Müsavat`ın əməkdaşları prokurorluğa çağırıldı

"Yeni Müsavat" qəzetinin əməkdaşları Sevinc Telmanqızı və Emil Salamoğlu Bakı şəhər Prokurorluğuna çağırılıblar.
 
Emil Salamoğlu lent.az-a açıqlamasında deyib ki, onu Bakı şəhər prokurorunun müavini Azər Əsgərov qəbul edib: “Tural Mustafayevlə bağlı mənim aldığım müsahibədə istintaq sirrini yaydığıma görə mənə xəbərdarlıq olundu. 
 
Mən də onların diqqətinə çatdırdım ki, “KİV haqqında” qanuna əsasən, jurnalistin məlumat əldə etmək və yaymaq hüququ var. İstintaq sirri barədə qarşı tərəf fikirləşməli idi. Mənə istintaqın gedişinə mane olacaq materiallarla bağlı gələcəkdə diqqətli olmaq tapşırıldı”.
 
Sevinc Telmanqızı isə lent.az-a açıqlamasında bildirib ki, o, Bakı şəhər Prokurorluğuna çağırılsa da, getməyib./

Google+ WhatsApp ok.ru