Qubanın Küpçal kəndində güclü yağış nəticəsində təhlükəli vəziyyət qeydə alınıb

Ötən gün Quba rayonu ərazisində yağan güclü yağış nəticəsində rayonun Küpçal kəndində təhlükəli vəziyyət qeydə alınıb.
 
Quba Regional Hidrometeoroloji Mərkəzdən APA-nın şimal bürosuna verilən məlumata görə, yaşayış məntəqəsinə 3 saat ərzində 124 mm yağıntı düşüb. Həmin ərazidə 3 saat ərzində Quba rayonuna sentyabr ayı üçün nəzərdə tutulan normadan iki dəfə artıq yağış yağıb.
 
Quba rayonu üçün sentyabr ayı üçün norma 62 mm-dir. 
 
Bundan əlavə Quba şəhərinə 28 mm, Rustov kəndinə 57 mm, Təngəaltıya 31 mm yağıntı düşüb. 
 
Qusar rayonunda 61 mm, Xızı rayonu, Altıağac qəsəbəsində isə yağıntının miqdarı 36 mm çatıb.

Google+ WhatsApp ok.ru