Quba və Şabrana dolu düşdü

Mayın 13-də Azərbaycanın şimal bölgəsinin bəzi yaşayış məntəqələrində dolu yağıb.
 
Bu barədə  Quba regional hidrometeorologiya müəssisəsindən məlumat verilib.
 
Quba rayonunun Xaltan və Təngəaltı kəndlərinə 5 mm, Şabran rayonuna isə 3 mm ölçüsündə dolu düşüb. Yağıntı 5 dəqiqə davam edib.
 
Şimal bölgəsindən keçən çaylarda suyun səviyyəsi 1-2 sm artıb. Qeyri-sabit hava şəraitinin mayın 15-nə kimi davam edəcəyi proqnozlaşdırılır.

Google+ WhatsApp ok.ru