Quba və Qusarın bəzi yaşayış məntəqələrinə qar yağıb - FOTO

Quba və Qusar rayonlarına qar yağıb.
 
Quba Regional Hidrometeorologiya idarəsindən apa-nın yerli bürosuna verilən məlumata görə, Quba rayonunda ən çox qar Qırız kəndinə düşüb. Burda qarın hündürlüyü 7 sm-ə çatıb. Xınaqlığa 5 sm, Rük kəndinə isə 4 sm qar yağıb.
 
Qusar rayonu ərazisində Ləzə kəndində 3 sm, Susayda isə 1 sm hündürlüyündə qar qeydə alınıb.
 
 
 

Google+ WhatsApp ok.ru