Qubernator: 'Beyrut limanına dəyən ziyan 3-5 milyard dollar civarındadır'

Qubernator: 'Beyrut limanına dəyən ziyan 3-5 milyard dollar civarındadır'

Beyrut limanına dəyən ziyanın məbləği açıqlanıb.

 
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Beyrut şəhərinin qubernatoru Marvan Abbud bildirib.
 
Onun sözlərinə görə, partlayışdan sonra Beyrut limanına dəyən ziyan 3-5 milyard dollar civarındadır.
 
Qeyd edək ki, Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 100 nəfərdən çox insan ölüb, 4 mindən çox insan isə xəsarət alıb.
 

Google+ WhatsApp ok.ru