Fələstinli uşaqlar aksiya keçirdilər

Fələstinli uşaqlar aksiya keçirdilər

Qəzza zolağında onlarla uşaq fələstinli qrupların çağırışı ilə aksiya keçiriblər. 

Bu barədə yerli mənbələr məlumat yayıblar.   

Məlumatda vurğulanır ki, Beyt Hanun sərhəd bölgəsində toplaşan uşaqlar 15 ildir davam edən embarqoya etiraz olaraq havaya şişirdilmiş şarları buraxıblar.   

Aksiyada "biz fələstinli uşaqlarıq və öz torpaqlarımızda zülmə məruz qalırıq", "nəyə görə bizim yaralarımızı və göz yaşlarımızı görmürsünüz?" sözləri yazılan plakatlar da qaldırılıb.  /eastnews.org/ 

Google+ WhatsApp ok.ru