Qurani-Kərimə hörmətsizlik cəzasız qalmadı

İngiltərədə keçirilən futbol qarşılaşmasında bəzəkli kağız düzəltmək üçün Quranın səhifələrini cıran azarkeş cəzalandırılıb.
 
​Maide.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, Birmingem şəhərində hakim qarşısına çıxarılan 51 yaşlı Culi Filips adlı qadın azarkeş dini dəyərləri təhqir etmədə və ictimai nizamı pozmaqda təqsirli bininərək, İngiltərə və Şotlandiya ərazisində 3 il müddətinə stadionlara girişinə qadağa qoyulub.
 
İngiltərənin II Futbol Liqasında “Birmingem Siti" və "Midlsbro” klubları arasında baş tutan və 2-2 hesabı ilə başa çatan görüşdə Quranın səhifələrini cıran Filips məhkəmədəki ifadəsində kitabın ona Birmingem şəhər mərkəzində verildiyini deyib.
 
Bu arada hadisədən dərhal sonra “Midlsbro” klubu sözügedən qadının klubun keçirəcəyi görüşlərdə iştirakına ömürlük qadağa qoyduğunu açıqlayıb./

Google+ WhatsApp ok.ru