Suriyada daha bir azərbaycanlı terrorçu öldürüldü

FaktXəbər-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Suriyada Hələbdən sonra ən qızğın döyüşlərin getdiyi İdlibdə 2 gün çəkən döyüşlərdə öldürülən terrorçular arasında azərbaycanlı Ruslan Əliyev də var.
 
O, azərbaycanlıların olduğu Əbu Musa katibəsi dəstəsi tərəfində döyüşürdü.
 
Yeri gəlmişkən qeyd edək ki, həmin dəstənin qurucusu  Rüstəm Əsgərov ötən ilin dekabr ayında Hələb şəhərində ölmüşdü.

Google+ WhatsApp ok.ru