Quranın nadir nüsxəsi sərgiyə çıxarılır

Quranın nadir nüsxəsi sərgiyə çıxarılır

-- Onun Quranın dünyada ən qədim surətlərindən olduğu bildirilir

Müqəddəs Quranın nadir və qədim surətinin bu yaxınlarda sərgiyə çıxarılacağı gözlənir.
 
Maide.Az xəbər verir ki, “Newsweek” dərgisi yazır ki, Birləşmiş Ərəb Əmirlikliklərində Şarca kitab yarmarkasına çıxarılacaq 1350 illik bu sənəd “Quran”ın eramızın 468-645-ci illərə aid əlyazmasının surətidir.
 
Onun Quranın dünyada ən qədim surətlərindən olduğu bildirilir.
 
Sənəd beynəlxalq ictimaiyyətə ilk dəfə təqdim olunacaq. O, bir neçə il öncə İngiltərənin Birminhem Universitetinin arxivlərində peyda olub.
 
İslamşünaslar sənədlərin Məhəmməd (ə) Peyğəmbər dövrünə aid olduğunu da istisna etmirlər.
 
Sözügedən əlyazma İngiltərədə sərgilənəndə xeyli populyarlıq qazanıb. Əlyazma Birminhem Muzey və Sənət Qalereyasında altı ay nümayiş olunub.
 
Dünyada ən böyük Şarca kitab yarmarkası 1982-ci ildən bəri Birləşmiş Ərəb Əmirliklərində keçirilir. Bu il burada 1,5 milyon kitab satışa çıxarılacaq.
 
Ziyarətçilər qədim əlyazmada yazılanlarla tanış olmaqdan ötrü interaktiv sensorlu ekranlardan istifadə edə biləcəklər. (azadliq.org)
 

Google+ WhatsApp ok.ru