Quranyandırma vəhşiliyindən 4 il keçir

ABŞ islamofobları tərəfindən edilən Quranyandırma rəzilliyindən 4 il ötür. Bəşəriyyət 13 il öncə, sentyabrın 11-də Nyu-Yorkda baş verən insanlıqdan kənar bir hadisəni - terroru unutmamış, 9 il sonra eyni gündə ikinci bir terrorun - "mənəvi terror"un şahidi oldu.
 
11 sentyabr 2010-cu ildə Ağ Evin qarşısında radikal "Çay Məclisi"nın lideri və islamofob kiçik bir qrup müqəddəs Quranın xristianlar və yəhudilər barədə yazılmış səhifələrini cıraraq dünyanın ən murdar hərəkətini həyata keçirmişdi. Cırdığı səhifələri plastik bir qaba qoymuşdu. Eyni gün Tennesi ştatında Bob Old adlı bir rahib, köməkçisi ilə birlikdə Qurani-Kərimi yandırmışdı. İnsanlıqdan tamamilə uzaq olan iki rahib Qurani-Kərimlə yanaşı, əziz İslam Peyğəmbərinin (s) adı olan bir kitabı da yandırmışdılar.
 
Bundan öncə isə Florida ştatının Terri Cons adlı rahibi 11 sentyabr hadisəsinin ildönümü ilə bağlı etiraz olaraq müsəlmanların müqəddəs kitabı Qurani-Kərimi yandırmaq barədə kampaniyaya start vermişdi. Ancaq sonra Amerika prezidenti Barak Obama, Hillari Klinton, Robert Qeyts, amerikalı rahiblər, amerikalı akademiklər, Vatikan, dünya ziyalıları və dünya vicdanlıları cinayətə qarşı çıxmışdı. Bir müddət sonra o, kampaniyasını saxlamışdı.
 
Deyerler

Google+ WhatsApp ok.ru