Qurban bayramı ilə əlaqədar qadağa (Əlavə olunub)

Qurban bayramında Ucar, Bərdə və Zərdabdan paytaxta iribuynuzlu mal-qaranın gətirilməsinə qadağan olunub.
Bu barədə AzNews.az-a Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat katibi Yolçu Xanvəli məlumat verib.

O, bildirib ki, Qurban bayramı ilə əlaqədar Dövlət Baytarlıq Xidməti gücləndirilmiş iş rejiminə keçib. Yolçu Xanvəlinin sözlərinə görə, artıq bu gündən ət kəsim məntəqələlərində monitorinqlər həyata keçiriləcək. "Təbii ki, Nodulyar dermatit xəstəliyinin daha aktiv olduğu Ucar, Bərdə və Zərdabdan eləcə də onun kəndlərindən Bakıya iribuynuzlu heyvanların gətirilməsinə müvəqqəti qadağa qoyulub”.

12:28

Dövlət Baytarlıq Xidməti (DBX) Qurban bayramı ilə əlaqədar monitorinqlərə start verib

Bu barədə İnterAz-a DBX-nin mətbuat katibi Yolçu Xanvəli məlumat verib. Qurum sözçüsü bildirib ki, artıq bu gündən ət kəsim məntəqələrində gecə monitorinqi də həyata keçiriləcək.

“Eyni zamanda, bayramla əlaqədar Nodulyar dermatit xəstəliyi riski olan rayon kəndlərindən Bakıya iri və xırda buynuzlu heyvanların gətirilməsinə icazə verilməyəcək. Yəni, bu rayonlardan ət almaq qadağan olunub. Heyvanlar sağlam ərazilərdən gətiriləcək. Bu işə bilavasitə DBX əməkdaşları nəzarət edəcək. Mal-qara yoxlanıldıqdan sonra məntəqələrdə satışına və ya kəsilməsinə razılıq veriləcək”- deyə Y.Xanvəli söyləyib. O, eyni zamanda qeyd edib ki, Qurban bayramında iribuynuzlu heyvanın kəsilməsinə heç bir qadağa qoyulmayacaq.

Qeyd edək ki, bu il Qurban bayramı 4-5 oktyabr tarixlərində qeyd olunacaq. /

Google+ WhatsApp ok.ru