İşıq və istilik bahalaşmayacaq - RƏSMI

"Azərbaycanda istilik və elektrik enerjisi tariflərinin artırılması məsələsinə baxılmır".
 
Bunu energetika nazirinin müavini Natiq Abbasov bildirib.
 
"Gələcəkdə tələbat artacaq. Enerjiyə tələbatın artması labüddür. Tarifin dəyişilməsi haqqında heç bir müzakirə aparılmır. Alternativ enerjiyə gəlincə isə razıyam ki, alternativ enerjinin istehsalı baha başa gəlir. Hal-hazırda onun tarifi 4,5 qəpikdir. Onun da qiymətinin dəyişdirilməsi ilə bağlı heç bir müzakirələr aparılmayıb" - deyə nazir müavini bildirib. /
 

Google+ WhatsApp ok.ru