Qəzzada şəhid olanların sayı 33 nəfərə çatıb

-- 3000 -dən çox yaralı

İşğalçı İsrail  əsgərlərinin Qəzza sərhəddində dink aksiya keçirən fələstinlilərə atəş açması nəticəsində daha bir gənc şəhid olub. 
 
Maide.Az “Dünya Bülteni”-ə istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Eşrəf  əl-Kudranın verdiyi yazılı açıqlamada bildirilir ki, bu gün  Qəzzanın  şərqində sərhəddə işğalçı İsrail rejiminin əsgərlərinin  açdığı atəş nəticəsində  yaralanan 28 yaşlı  Abdullah Muhəmməd Əş-Şəhri Xan Yunus  xəstəxanasında  şəhid olub. 
 
Məlumatda bildirilir ki, onun şəhid olması ilə  martın 30-dan  keçirilən “Böyük Qayıdış Yürüşü” aksiyalarında şəhid olan fələstinlilərin sayı 33 nəfərə çatıb,  yaralananların sayı isə 3088-ə çatıb.
 
Qeyd edək ki, 1948-ci ildə içğalçı İsrail tərəfindən doğma torpaqlarından didərgin düşmüş fələstinlilər qayıdış hüququnu müdafiə etmək üçün “Böyük Qayıdış Yürüşü” keçirirlər. Sionis rejim rəhbərliyi sərhədi keçən aksiyaçıları vurmaq barədə əmr verib.
 

Google+ WhatsApp ok.ru