Rəcəb Tayyib Ərdoğan Ayətullah Xamneyiyə teleqram vurdu

Ərdoğan ali dini liderə ən qısa vaxtda yenidən sağlığına qovuşmasını arzulayıb

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan İranın ali dini lideri Seyyid Əli Xamneyiyə teleqram vurub. 
 
Ərdoğan bu addımı ali dini liderin keçirdiyi əməliyyata görə atıb. 
 
Türkiyə Prezident Administrasiyası mətbuat mərkəzindən verilən xəbərə görə, tibbi əməliyyatın uğurla başa çatmasına görə məmnunluq hissetdiyini bildirən prezident Ərdoğan ali dini lider Seyyid Əli Xamneyiyə ən qısa vaxtda yenidən sağlığına qovuşmasını arzulayıb. 
 
Xatırladaq ki, Ayətullah Seyyid Əli Xamneyi sentyabrın 7-də prostat vəzindən əməliyyat olunub. 

Google+ WhatsApp ok.ru