İrəvan ticarətçiləri fevralın 2-dək aksiyanı dayandırıblar 31 Yanvar 2015 02:00 Dünya Ermənistanda "Dövriyyə vergisi haqqında" yeni qanuna qarşı etiraz edən ticarətçilər baş nazir Ovik Abramyanla görüşün nəticələrindən razı qalıblar. Bu barədə dünən Hökumət Evinin qarşısında növbəti etiraz aksiyası keçirən ticarətçilərin baş nazirlə görüşən nümayəndə heyətinin üzvləri məlumat veriblər. News.am saytının məlumatına görə, Ovik Abramyanla görüş zamanı ticarətçilər yeni qanunun mübahisəli tərəflərini və sənədləşmələrlə bağlı bəzi problemləri baş nazirin diqqətinə çatdırıblar. Ermənistanın baş naziri isə bu məsələləri müzakirə edəcəyini və növbəti həftənin ilk günündə onlara cavab verəcəyini vəd edib. Bundan sonra etirazçılar piketi dayandırıblar. Fevralın 2-də isə ticarətçilər Baş nazirdən cavab almaq üçün yenidən Hökumət Evinin qarşısına toplaşacaqlar. Teqlər : #İrəvan ticarətçiləri fevralın 2dək aksiyanı dayandırıblar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyəli siyasətçi: 100 min ermənini İrəvana sürgün edəcəyik İŞİD-in kimyəvi silah eksperti öldürülüb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO