Rəqqas robotlar rekorda imza atdılar

Rəqqas robotlar rekorda imza atdılar

 
Çinin Şandun vilayətindən 1000-dən artıq robot yeni rekord müəyyən edərək Ginnes Rekordlar Kitabına düşüb.
 
Verilən məlumata görə, bu roborlat eyni anda sinxron olaraq bir dəqiqə rəqs ediblər.
 
“Rəqs edənlər”i bir smartfona yüklənmiş mobil əlavə ilə idarə edirdilər. 
 
Bundan əvvəlki rekord 2007-ci ildə qeydə alınıb və orada 540 robot iştirak edib. Bu dəfə isə 1007 robot rəqs edib. Təşkilatçı iştirakçıların sayını 1 040 robota qədər çatdırmaq istəyib. Amma 33 robotun flaşmoba hazır olmadığı üzə çıxıb. (lent.az) /

Google+ WhatsApp ok.ru