Tam olaraq anlamağınız üçün ən azı 13 dəfə baxacağınız 13 optik illuziya

Tam olaraq anlamağınız üçün ən azı 13 dəfə baxacağınız 13 optik illuziya

Beynimizin vizual mənada işləmə mexanizmi həmişə marağımıza səbəb olub. Çox zaman cavab tapa bilmirik, çünki insan zehni olduqca mürəkkəb quruluşa sahibdir. Zehinimizi bulandırmaq, qarışdırmaq istəyən bir başqa fenomen də təbiətdir.Şəkil yoxsa fotoşəkil olduğunu anlamaqda çox çətinlik çəkəcəyimiz görüntülər
Budur onlardan ən maraqlılarından sadəcə 13 ədədi!
 
1. Yeraltı Şəlaləsi
Bu illüziya Mauritius sahilləri boyunca uzanan qum dənəciklərinin toplanmasına görə meydana gəlmişdir. Uzaqdan baxıldığında sanki yeraltında axan bir şəlalə görünüşündədir.
Yeraltı Şelalesi
 
Tam Olarak Anlayabilmek İçin En Az 13 Kere Bakacağınız 13 Optik İllüzyon
 
 
2. Şəkil
Bir çox adam bu görüntünü ilk gördüyündə şəkil hesab etsə də bu, əslində bir fotoşəkildir. Diqqətli baxıldığında fotoşəkilin ön qismində olanların ölü ağaclar olduqları görünür. Fotoşəkilin arxa planında isə, Namibiyanın qırmızı təpələri vardır. İşığın düşmə bucağı və meydana gətirdiyi kölgələr insan zehinini yaxşıca yanıltmışdır.
Resim
 
 
3. Dalğalı Dəniz
Belə buludlara baxdığınız zaman dənizlərin, ayaqlarınız səviyyəsində deyil, sanki başınızın üstündən axdığını düşünə bilərsiniz. "Undulatus asperatus" adı verilən bu təbiət möcüzəsi olan buludlar, biraz hürkütücü olmaqla birlikdə, həqiqətən möcüzə bir görünüş meydana gətirir.
Bu bulud növü ilə əlaqəli bilməniz lazım olan bir digər şey isə görünüşləri güclü küləklərə ya da fırtınaya bənzəsə də heç bir əlaqələrinin olmamasıdır..
Dalgalı Deniz
 
Tam Olarak Anlayabilmek İçin En Az 13 Kere Bakacağınız 13 Optik İllüzyon
 
4. Sehirli Göl
Uyuni gölü, səthində hər hansı bir maddənin olmamasından dolayı, yaranan boşluğa görə göz yanılmasına səbəb olur. Xüsusilə yağışlı günlərdə qələvi mayesi, sanki, bir ayna vəzifəsini icra edir.
Duz molekullarının arası incə bir su təbəqəsi ilə örtüldüyünə görə gölün səthi, səmadan gələn bütün işığı geri əks etdirir və bu maraqlı təbiət möcüzəsi meydana gəlir.
Tam Olarak Anlayabilmek İçin En Az 13 Kere Bakacağınız 13 Optik İllüzyon
 
 
5. Uçurumun Kənarı
Fotoşəkilə ilk dəfə baxıldığında bir adamın uçurumun kənarında gəzdiyi düşünülsə də, əslində adam Glen Kanyon'un içində axan bir çayın sahilində gəzişir.
Uçurumun Kenarı
 
6. Ağac Şəkli
Dərə yatağı, yoxsa ağac? Siz nə düşünürsünüz bu görüntü barədə? Əslində cavab hər ikisi də deyil.
Fotoşəkildə görülən şey, Meksikanın Baja California adlı yerində olan və dayaz sularda, sərt küləklər vasitəsilə qabarma-çəkilmələr nəticəsində meydana gəlmiş qum yığınlarıdır.
Ağaç Şekli
 
7. Daşdan Dalğalar
Utah - Arizona sərhədində sıxlıqla qarşılaşa biləcəyiniz, qayalıqların meydana gətirdiyi bir təbiət fenomenidir. Milyon illər ərzində qum təpələrindən qopan kiçik parçaların, zaman içərisində sərtləşərək qayalıqları meydana gətirməsi ilə meydana gəlmiş bir fenomendir.
Uzun müddətdir yağan yağışlar və əsən küləklər, bu fenomenin meydana gəlməsindəki ən əhəmiyyətli faktorlardır.
Taştan Dalgalar
 
Tam Olarak Anlayabilmek İçin En Az 13 Kere Bakacağınız 13 Optik İllüzyon
 
8. Uçurum
Uçurumdan tullanan uşaqları görürsünüzmü?
Əslində bu da bir illüziyadır. Çünki şəkildəki iki uşaq, Texasda olan Jacobs Well adlı nəhəng su gölünə tullanırlar, nəinki uçurumdan aşağı. Lakin su elə şəffafdır ki, sanki suya deyil, sonsuz bir uçuruma tullanmaq fikri formalaşdırır
Uçurum
 
9. Dağ Yolu
Fotoşəkilə ilk baxıldığında bir çox insan dağların təpəsində inşa edilmiş yolları görür. Lakin işin əsli heç də elə deyil.
Gördüyümüz şey əslində yol deyil, Kolorado çayıdır. İşığın düşmə bucağından və yaranmış kölgədən dolayı çayı, yol olaraq görürük.
Dağ Yolu
 
Tam Olarak Anlayabilmek İçin En Az 13 Kere Bakacağınız 13 Optik İllüzyon
 
10. Od Fırtınası
Fotoşəkillərə ilk baxıldığında bunları oddan bir fırtına zənn edənlərin sayı çox olsa da, əlbəttə bu belə deyildir. Bu fotoşəkillər, İspaniyada olan Rio Tinto çayına aiddir.
Çay ətrafındakı mədəndə axtarış işləri nəticəsində, çaya bol miqdarda turş maddə toplandı və bu maddələrin girdiyi kimyəvi reaksiyalar nəticəsində çay bu göz yanılmarı ilə dolu maraqlı hala gəldi.
Ateşten Fırtına
 
Tam Olarak Anlayabilmek İçin En Az 13 Kere Bakacağınız 13 Optik İllüzyon
 
11. Xəyal Olan Günəşlər
Sanki birdən-birə çox sayda işıq qaynağı (Günəş) varmış kimi bir illüziya meydana gətirdiyi bu təbiət fenomeni, ümumiyyətlə buz üzərində kristallaşmış sudan əks olunan günəş işıqları ilə meydana gəlmişdir.
Hayalet Güneşler
 
12. Hörümçək Toru
Bu fotoşəkilə ilk dəfə baxıldığında yağışlı bir gündə, mükəmməl zamanlama ilə çəkilmiş bir fotoşəkil hesab etmək olar.
Əslində fotoşəkilə daha yaxından və diqqətlə baxıldığında, möhkəm bir şəkildə hörülmüş hörümçək torlarından asılan su damlalarını görə bilərsiniz.
Örümcek Ağı
 
13. İki Başlı Zebra
Qara və ağ rənglərin bir-birini izləməsi nəticəsində yaranan göz yanılması, sanki tək bir gövdənin üzərində iki zebra başı varmış kimi görməyimizə səbəb olur. (onedio) /
İki Başlı Zebra
 
Tam Olarak Anlayabilmek İçin En Az 13 Kere Bakacağınız 13 Optik İllüzyon
 

Google+ WhatsApp ok.ru