Rəsmi xəbərdarlıq: Bakının bir hissəsi susuz qalacaq

Rəsmi xəbərdarlıq: Bakının bir hissəsi susuz qalacaq

Buna səbəb yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulmasıdır
 
Bu gün Bakının Sabunçu rayonunda içməli suyun verilməsində məhdudiyyət olacaq.
 
Maide.Az bidlirir ki, bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-dən məlumat verilib.
 
Bildirilib ki, Bakı şəhəri Sabunçu rayonu ərazisində yeni çəkilmiş magistral su xətləri şəbəkəyə qoşulur. Bununla əlaqədar 4 sentyabr 2018-ci il tarixində gün ərzində Buzovna qəsəbəsi və Albalılıq yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
 

Google+ WhatsApp ok.ru