Radikal yəhudilər İordan çayının Qərb sahilində məscidi yandırıblar

-- Məscidin giriş qapısı yandırılıb

İki radikal yəhudi İordan çayının Qərb sahilində yerləşən Akraba kəndindəki məscidə hücum edib.
 
Maide.Az "Report"-a  istinadən xəbər verir ki, onlar giriş qapısını yandırıb və məscidin divarında aqressiv xarakterli yazılar yazıblar.
 
Yanğına cəhd nəticəsində yalnız qapı və qapı özülünün bir hissəsi yanıb. Məscid binası alovdan zərər görməyib.
 
Qeyd edək ki, ifratçı yəhudilər bundan öncədə Fələstinlilərin  yaşadığı ərazilərdə dini  məkanlara  qarşı hücumlar təşkil ediblər.
 

Google+ WhatsApp ok.ru