Ramazan ayında Quranı xətm etməyin ən asan yolu

Ramazan ayında Quranı xətm etməyin ən asan yolu

Misrin beynəlxalq dərəcəli məşhur qarisi Əbdülfəttah Taruti cari ilin mübarək Ramazan ayında koronavirus səbəbi ilə məscidlərin  bağlanmasını  önə çəkərək müsəlmanlara Qurani-Kərimin bu ayda daha sadə yol ilə xətm etmək yolunu göstərib. 
 
Maide.Az "İQNA"a istinadla xəbər verir ki, Vəhy kəlamının nazil olduğu ayda dünya müsəlmanları Qurandan ayrı düşməsinlər və tam ciddiyyətləri Qurani-Kərimi tilavət etsinlər deyən  Ə.Taruti bildirib ki, Mübarək Ramazan ayında Quranı xətm etmək üçün əvvəlcə Həmd surəsini tilavət edin. Sonra hər bir vacib namazın sonunda Quranın birinci cüzünün 4-dən birini, sonra dörddən ikisini və sonra da 4-dən üçünü oxuyun. Beləliklə gün ərzində çox asan və yorulmadan bir cüz Quran tilavət edəcəksiz.
 
O əlavə edib ki, əgər hər bir müsəlman hər vacib namazdan sonra təkcə 2 səhifə Quran tilavət etsə, hər gün bir cüz Quran tilavət edə bilər. Bu isə hər ayın sonunda bir Quran xətmi deməkdir.

Google+ WhatsApp ok.ru