Ramil Usubov əmr imzaladı

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən Daxili Qoşunların bir qrup hərbi qulluqçusu “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı və “Qüsursuz xidmətə görə” medalının 1-ci, 2-ci, 3-cü dərəcələri ilə təltif olunublar
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ölkə.Az-a verilən məlumata görə, bu gün Daxili Qoşunların Baş İdarəsində nazir müavini, Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov medalları hərbi qulluqçulara təqdim edib.
 
Təqdimetmə mərasimdə şəxsi heyət qarşısında çıxış edən general-mayor Ş. Məmmədov təltif olunan hərbi qulluqçuları bir daha təbrik edərək onlara xidməti-döyüş fəaliyyətlərində uğurlar arzulayıb.

Google+ WhatsApp ok.ru