İran: “ABŞ terrordan istifadə edir” 15 Sentyabr 2016 01:00 Dünya İran Xarici İşlər nazirinin müavini Hüseyn Cabiri Ənsari rusiyalı həmkarı Mixail Boqdanovla görüşüb. 4,5 saat davam edən görüşdən sonra diplomatlar jurnalistlərin suallarını cavablandırıb. Yaxın Şərqdə baş verən hadisələrə münasibət bildirən Tehran rəsmisi Suriyada atəşkəs qərarını məmnuniyyətlə qarşıladıqlarını deyib. Onun sözlərinə görə, ABŞ atəşkəsin davam etməsi üçün səy göstərməlidir: “Boqdanovla atəşkəs mövzusu da daxil olmaqla Suriya böhranı barədə müzakirələr apardıq. Suriya böhranı yarandığı gündən İran problemin hərbi yolla həll edilməyəcəyini açıqlayıb. Tək yol siyasi dialoqun davam etdirilməsidir. İlk növbədə insan fəlakəti dayandırılmalıdır. Terrorla mübarizədə istənilən əməkdaşlığa hazırıq. Bu səbəbdən Suriyada axan qanı dayandıracaq bütün təkliflər İran tərəfindən dəstəklənəcək”. Ənsari ABŞ-ın siyasi hədəflərə çatmaq üçün terrorizmdən istifadə etdiyini bildirib. (axar.az) / Teqlər : #İran: ABŞ terrordan istifadə edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İtaliya mətbuatı: `Metsamor` AES bütün Avropanın “saatlı bomba”sıdır Builki həcc mərasimində həyatını itirən zəvvarların sayı 874 nəfərə çatdı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO