İran: Səudiyyə Ərəbsitan Həcc mərasimini keçirtmək istəmir

İranın Ali  rəhbəri Ayətullah Seyyid Əli Xameneinin Həcc və Ziyarətlər üzrə nümayəndəsi Seyyid Əli Qazi Əskər deyib ki, Səudiyyə Ərəbistan  Həcc  mərasiminin hazırlıq işlərinin görülməsi ilə bağlı danışıqları gecikdirməsi göstərir ki, bu ölkə Həcc mərasimini  təşkil  etmək  istəmir. 
 
Maide.az  xəbər  verir ki, Ə.Qazi  Əskər  deyib ki, Həcc ziyarətinin  təşkili  üçün  yer, nəqliyyat,  yemək  və digər hazırlıq işlərinin görülməsi məqsədi ilə danışıqları Səudiyyə Ərəbistan gecikdirir və bu onu göstərir ki, Ərəbistan  bu ilki Həcc ziyarətini təşkil etmək istəmir. 
 
Ə.Qazi Əskər  deyib ki, ümid edirik  Səudiyyə Ərəbistan  rəsmiləri  gələcək  günlərdə  İranın  Həcc və Ziyarətlər üzrə  nümayəndə heyətinin bu ölkəyə səfəri üçün qərar qəbul edəcək. 
 
O deyib ki, Səudiyyə Ərəbsitanın  xarici işlər naziri demişdi ki, Həcc mərasimi iki ölkənin siyasi əlaqələrindən ayrı məsələdir, lakin əməldə görünən odur ki,Səudiyyəlilər bu dediklərinin əksini edirlər.⁠⁠/
 

Google+ WhatsApp ok.ru