İran-Türkiyə qatarlarının fəaliyyəti təhlükəsizlik məsələlərinə görə dayandırıldı

İran İslam Respublikasının Dəmiryol Şirkətinin icraçı direktoru Möhsün Purseyyidağayi Tehran-Ankara qatarının hərəkətinin Türkiyə hökumətinin müraciəti əsasında dayandırıldığını bildirib.
Maide.az xəbər  verir ki, M. Purseyyidağayi Yol və Şəhərsalma Nazirliyinin portalına verdiyi müsahibədə deyib ki,  Türkiyə hökumətinin müraciətinə əsasən və İran Xarici İşlər Nazirliyinin koordinasiyası ilə dəmiryolu xəttində tam təhlükəsizlik bərqərar olunana qədər İrandan Türkiyəyə yeni qatar getməyəcək. 
M.Purseyyidağayi əlavə edib ki,  İran Xarici İşlər Nazirliyi Tehran-Ankara dəmiryol xəttinin təhlükəsizliyinin təmin olunması barəsində rəsmi məktubu Türkiyə Xarici İşlər Nazirliyinə göndərib və hələlik cavab alınmayıb. 
Türkiyə rəsmilərinin bildirdiyinə görə, ötən cümə axşamı günü Ankara-Tehran sərnişin qatarı Türkiyə ərazisində PKK qrupunun hücumuna məruz qalıb. 
Türkiyədə de-stabillik 31 nəfərin ölməsi və təxminən 100 nəfərin yaralanması ilə nəticələnən Suriya sərhədi yaxınlığında Türkiyənin Suruç şəhərində kürd tərəfdarlarına hücumdan sonra başlayıb. /

Google+ WhatsApp ok.ru