İran “Fəcr-5” raketləri və “Misaq-3” raket komplekslərinin istehsalına başlayıb

İran “Fəcr-5” raketləri və “Misaq-3” raket komplekslərinin istehsalına başlayıb

İranda beş ən müasir silah növü, o cümlədən “Fəcr-5” idarəolunan raketlər və “Misaq-3” daşınan zenit-raket komplekslərinin kütləvi istehsalına başlanılıb.
 
SalamNews-un TASS-a istinadla verdiyi xəbərə görə, bu layihələrin yekunlaşması bu günlərdə qeyd olunan İslam İnqilabının 38-ci ildönümünə həsr olunub.
 
"Silahlı Qüvvələrimizin müasir silah növləri ilə təminatında, ölkənin müdafiə potensialının möhkəmlənməsində daha bir nəzərəçarpacaq addım atılıb", - deyə yeni layihələrin təqdimat mərasimində İranın müdafiə naziri Hüseyn Dehqan deyib.
 
Onun sözlərinə görə, son üç ildə İranın hərbi-sənaye kompleksinin hərbi məhsul istehsalının həcmi 69 faiz artıb, bu dönəm ərzində 115 müxtəlif silah və hərbi təchizat növü layihələndirilib, silahlanmaya qəbul edilib.
 
İranın müdafiə naziri əmin edib ki, ölkənin müdafiə qabiliyyətliliyinin möhkəmləndirilməsi düşmənlərin çoxsaylı sanksiyalarına baxmayaraq davam etdiriləcək. /
 

Google+ WhatsApp ok.ru