İran ABŞ-la birbaşa aviareysləri bərpa etməyə hazırdır

“Beynəlxalq sanksiyaların ləğvi fonunda İran Amerika Birləşmiş Ştatları ilə birbaşa hava əlaqəsini bərpa etməyə hazırdır”.
 
Bunu İranın mülki aviasiya qurumunun rəhbəri Məhəmməd Xada Karmi deyib.
 
“İranın aviasiya parkı əlavə yanacaq doldurmaya ehtiyac olmadan ABŞ-a birbaşa reyslər həyata keçirməyə qadir olan transatlantik təyyarələrlə təchiz olunub. Birbaşa reyslərin bərpasına dair digər zəruri prosedurların başlanması üçün qarşı tərəflə “diplomatik razılıq” olmalıdır”, - deyə o bildirib.
 
X. Karmi əlavə edib ki, sanksiyalar aradan qaldırıldıqdan sonra bir çox ölkələrin aviaşirkətləri İranla əməkdaşlıq təklif ediblər. "Həm təyyarə, həm də aeroport avadanlıqlarının İrana satışını nəzərdə tutan təkliflər müvafiq orqanlara göndərilib. Artıq bu təkilflər nəzərdən keçirilməkdədir”.
 
Xatırladaq, iyul ayının 14-də İranla “altılıq” ölkələri arasında Vyanada razılıq əldə olunub. Razılığa əsasən İrana qarşı tətbiq edilən sanksiyalar mərhələli şəkildə aradan qaldırılacaq. 

Google+ WhatsApp ok.ru