İran bizim, İsrailin və qonşu ərəblərin birgə düşmənidir – ABŞ-ın yeni XİN rəhbəri

İran bizim, İsrailin və qonşu ərəblərin birgə düşmənidir – ABŞ-ın yeni XİN rəhbəri

“İrana görə indi şahid olduq ki İsrailin, bizim və qonşu ərəb ölkələrinin vahid düşməni var”
 
Bnu ABŞ prezidenti Donald Trampın Dövlət Departamenlik kürsüsünə təklif etdiyi nazir Reks Tillerson Senat nümayəndələri qarşısında çıxışı zamanı deyib.
 
Trampın XİN rəhbərliyinə təklif etdiyi ABŞ diplomati ilk çıxışında İrana qarşı daha sərt siyasət yürüdəcəyini ortaya qoyub.
 
İranın nüvə proqramı və nüvə anlaşmasına gəldikdə o deyib ki, Trampın göstərişi ilə anlaşmaya yenidən baxılacaq. O bildirib ki İranda uran zənginləşməməli, bu ölkədə zənginləşmiş uran saxlanılmamalı və nüvə silahının istehsal ehtimalları həmişəlik olaraq tam aradan qalxmalıdır.
 
Amma ABŞ diplomatı İraqda İŞİD-lə mübarizədə İranla əməkdaşlıq etməyi müstəsna bilməyib.(İslaminSesi)
 

 

Google+ WhatsApp ok.ru