İranda 4 əyalətdə sel: 6 nəfər həlak olub, 20 nəfər itgin düşüb

İranda 4 əyalətdə sel: 6 nəfər həlak olub, 20 nəfər itgin düşüb

İranın Azərbaycana yaxın 4 əyalətində  güclü yağış nəticəsində sel baş verib.  
 
Maide.Az xəbər verir ki,  xilasedicilər 17 şəhərdə seldən ziyan görmüş 1100 nəfəri təhlükəsiz yerə evakuasiya  edib. 
 
İranın Qırmızı Aypara Cəmiyyət sədrinin  xilasetmələr üzrə müavini Şahin Fəthi deyib ki, ötən gecədən başlayaraq bu gün səhər saat 6-dək  Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan və Kürdüstan əyalətlərinin Marağa,  Çaraymaq,  Həris,  Bostanabad, Vərzəqan,  Şəbestər,  Təbriz, Əcəbşir, Azərşəhr, Sərab, Urumiyə,  Nəqədə,  Piranşəhr,  Zəncan və s. şəhərlərində seldən əziyyət çəkənlərə yardımlar göstərilib.  41 ev sudan təmizlənib.  
 
Təbii fəlakət nəticəsində Əcəbşir və Azərşəhrdə 6 nəfər ölüb, 20 nəfər itgin düşüb, 6 nəfər xəstəxanaya yerləşdirilib.

Google+ WhatsApp ok.ru