İranda 7 xarici vətəndaşı girov götürən 5 nəfər həbs olunub

 İranın Kərəc şəhərində Əfqanıstandan olan 7 yeniyetməni girov götürərək Fərdis bağlarından birində saxlayan 5 Əfqanıstan vətəndaşı polis tərəfindən həbs olunub.

Maide.az xəbər verir ki, həbs olunan 5 Əfqanıstan vətəndaşı girov götürdükləri həmyerlilərinin ailəsindən pul tələb edib və həmin yeniyetmələrə müxtəlif  işkəncələr veriblər.  Polisin hücumu nəticəsində girovlar azad olunub və girov götürən 5 Əfqanıstan vətəndaşı isə həbs olunub.  

Məlum olub ki, girov götürülən 7 yeniyetmə Əfqanıstandan iş adı ilə aldadılaraq Tehrana gətirilib. Yeniyetmələrə işgəncə verilib və onların Əfqanıstandakı ailələrindən 2000-2500 dollar məbləğində pul tələb olunub.   Faktla bağlı cinayət işi açılıb və araşdırılır./

Google+ WhatsApp ok.ru