İranda baş verən partlayış nəticəsində xəsarət alanların sayı 37-ə çatıb - VİDEO

İranda baş verən partlayış nəticəsində xəsarət alanların sayı 37-ə çatıb - VİDEO

İranın cənubunda Şiraz şəhərində supermarketin binasında baş verən güclü partlayış nəticəsində azı 37 nəfər yaralanıb.
 
Maide.Az İranın "Jamnews" saytına istinadən xəbər verir ki, insanların sıx olduğu bulvarda yerləşən tikili, partlayış nəticəsində tamamilə məhv edilib.
 
Hadisə yerli vaxtla saat 00:45 dəqiqədə baş verib. Xəsarət alanlardan 17 nəfərin vəziyyəti ağırdır. Onlar bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
 
Qeyd edək ki, partlayış nəticəsində mağazanın binasından başqa yaxınlıqda olan bank və yaşayış evlərinə də ziyan dəyib.
 
Partlayışın səbəbləri araşdırılır. 

Google+ WhatsApp ok.ru