İranda hərbi təlim təyyarəsi qəzaya uğrayıb

Bu gün yerli vaxtla saat 12.22 radələrində İranın İsfahan əyalətində, Nain-Ardestan magistralından 70 km uzaqda PC7 markalı hərbi təlim təyyarəsi qəzaya uğrayıb.
 
Maide.Az xəbər verir ki, qəza nəticəsində  hər iki pilot ciddi xəsarət alıb, onlardan birinin onurğa sütunu zədələnib. 
 
Pilotlar helikopterlə İsfahan xəstəxanasına gətirib. İlkin məlumata görə, İsfahan yaxınlığındakı Şəhid Babai adına aviabazadan qalxan və təlim uçuşu keçirən təyyarənin qəzaya uğramasına səbəb mühərrikinin sıradan çıxması olub. 
 

Google+ WhatsApp ok.ru