İranda hərbi təlimlər keçirilir

İranda hərbi təlimlər keçirilir

Bu gün səhər İranın Simnan əyaləti ərazisində İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) hava hücumundan müdafiə qüvvələrinin təlimlərinin əsas mərhələsi başlayıb. 
 
Maide.Az İranın "MEHR" xəbər agentliyinə istinadən xəbər verir ki, “Vilayət müdafiəçiləri” adı ilə keçirilən təlimlərin hazırlıq mərhələsi 5 gün idi ki, davam edirdi.   
 
Təlimlərdən məqsəd Sepah qüvvələrinin gücünü, kəşfiyyat və müdafiə gücünün hərtərəfli hazırlıq səviyyəsinin yoxlanılmasıdır. 
 
Təlimlər 35 min kvadrat kilometr ərazidə keçirilib. Təlimlərdə müxtəlif növ radar sistemləri, müxtəlif mənzilli raketlər, elektronik müharibə vasitələri sınaq olunacaq. 

Google+ WhatsApp ok.ru