İranda ildırım neft anbarında yanğına səbəb oldu

Bu gün səhər İranın Buşəhr əyalətində Xark adasında olan neft anabarında yanğın baş verib. 
Maide.az xəbər verir ki, yanğına ildırım vurması səbəb olub və 4 neft saxlama çənində güclü yanğını söndürmək üçün əyalətin müxtəlif bölgələrində yanğın söndürənlər cəlb olunub. 
Yanğın bu gün səhər yerli vaxtla 7:30 da baş verib və iki saat sonra söndürülüb.Dəymiş ziyan haqqında hələlik məlumat yoxdur /
 

Google+ WhatsApp ok.ru