Nyu-Yorkda birinci Dinlərarası İnstitutun açılışı olub

Nyu-Yorkda "Long Island" İslam mərkəzi müxtəlif dinlərin ardıcıllarının bir-birləri ilə daha yaxından tanımalarını təşkil etmək məqsədilə ümumi bir atmosfer yaratmaq və onlar arasında birlik yaratmaq üçün birinci Dinlərarası İnstitutu təsis edib.
 
Maide.az xəbər verir ki, Nyu-Yorkda yaşayan və "Long Island" İslam mərkəzinin qurucularından olan Faruq Xan deyib ki, mən başqa dinlərin prinsipləri haqda daha çox məlumat almağı lazım bilirəm və başqa dinlərin ardıcılları da biz müsəlmanlar haqqında, xüsusən hazırki atmosferdə daha çox informasiya əldə etməyə ehtiyacları var.
 
Açılışı 25 oktyabrda qeyd edilən bu Mərkəzin Qəyyumlar Şurası fəaliyyət göstərir ki, Şuranın üzvlüyündə müxtəlif dinlərin və mədəniyyətlərin ardıcılları təmsil olunur.
 
Mərkəzin məqsədlərindən biri professorlarla, müəllimlərlə, tələbələrlə və şagirdlərlə İslam haqqında və onun Mediada təqdim olunduğundan fərqli din olması barədə əlaqə yaratmaq və diskussiya aparmaqdır.
 
Mərkəz həmçinin Nyu-York şəhərinin müxtəlif bölgələrində yerləşən məktəblərlə əməkdaşlıq edərək, çoxsaylı  konfranslar, seminarlar və müsabiqələr təşkil etməyi nəzərdə tutur. /
 

Google+ WhatsApp ok.ru