İranda ilk dəfə bu il Beynəlxalq Qüds günü yürüşləri keçirilməyəcək 17 May 2020 13:48 Fələstin Ayətullah Xamenei Qüds günü dünya müsəlmanlarına müraciət edəcək İranda son 40 ildə ilk dəfə Beynəlxalq Qüds günü yürüşləri bu il keçirilməyəcək. Maide.Az xəbər verir ki, bunu İran İslami Təbliğat Şurasının koordinasiya mərkəzinin sədr müavini Nüsrətullah Lütfi deyib. Onun sözlərinə görə, koronavirus epidemiyası ilə bağlı, cari ildə geniş miqyaslı tədbirin keçirilməsi mümkün olmadığı üçün yürüş ləğv olunub: "Lakin Ramazan ayının son cümə günü Ali Rəhbər Ayətullah Xamenei İslam ümməti ilə bir başa canlı danışacaq. Bu canlı çıxış televiziya, radio və sosial şəbəkələr vastiəsilə canlı yayımlanacaq". 1982-ci ildə İmam Xomeyninin (r.) təşəbbüsü ilə Mübarək Ramazan ayının son cümə günü Qüds Günü elan olundu. Beynəlxalq Qüds günündə dünyanın müxtəlif ölkələrində müsəlmanlar , torpaqları işğal olunmuş və zülmə məruz qalmış Fələstin xalqına dəstək çıxaraq dolaysıyla dünyada baş verən işğalçı siyasətə öz etirazlarını bildirirlər. Bu il Beynəlalq Qüds günü may ayının 22-nə təsadüf edir. Teqlər : #İranda,#ilk,#dəfə,#Beynəlxalq,#Qüds,#günü,#yürüşləri,#keçirilməyəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İşğalçı İsrail qüvvələri fələstinli gənclərə hücum edib, saxlanılanlar var İran Fələstində virtual səfirlik açır
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar